Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri açıqlanıb
İKT
- 15 dekabr, 2025
- 16:05
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda informasiya və rabitə (İKT) müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 3 milyard 464,3 milyon manat təşkil edib.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,1 % çoxdur.
Bu sahədə əldə edilmiş gəlirin 83 %-i qeyri-dövlət sektorunun payına düşüb, 70,7 %-i isə əhali sektoruna aid olub.
Təkcə noyabrda isə informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 344 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 5,5 % çoxdur.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 2023-cü illə müqayisədə 11,4 % artaraq 3 milyard 601,7 milyon manat olub.
Son xəbərlər
08:52
Avstraliya polisinin hücumçuların terrorçularla əlaqəli olmalarına dair heç bir dəlili yoxdur
Digər ölkələr08:41
Tovuzda erkən nikahın qarşısı alınıb
Hadisə08:30
Kamboca ilə münaqişədə 17 Tailand hərbçisi həlak olub
Digər ölkələr08:25
Bakıda 15 istiqamətdə tıxac var
İnfrastruktur08:05
Bu gün Biləsuvarın kəndində üç saat işıq olmayacaq
Energetika07:47
ABŞ narkotik daşıyan uç kateri vurub, səkkiz nəfər ölüb
Digər ölkələr07:20
Tramp "BBC"ni məhkəməyə verib
Digər ölkələr07:15
Boliviyada daşqınlar 20 nəfərin ölümünə səbəb olub
Digər ölkələr06:51