Azərbaycan yarımkeçirici daşıyıcılar, antena və lazer ixracından gəlirlərini kəskin artırıb

İKT
  • 09 sentyabr, 2025
  • 10:48
Azərbaycan yarımkeçirici daşıyıcılar, antena və lazer ixracından gəlirlərini kəskin artırıb

2024-cü ildə Azərbaycandan xarici ölkələrə 9 milyon 610,4 min ABŞ dolları dəyərində İKT məhsulları göndərilib.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, əvvəlki ilə nisbətən 46 % azdır.

Xaricə satılan İKT məhsullarının 3 milyon 413 min ABŞ dolları (1 il əvvələ nisbətən 75 % az) kompüter və periferiya avadanlıqlarının, 2 milyon 927,4 min ABŞ dolları (2,7 % az) telekommunikasiya avadanlıqlarının, 1 milyon 6,1 min ABŞ dolları (70 % çox) elektron avadanlıqların, 2 milyon 263,9 min ABŞ dolları (6,8 dəfə çox) digər məhsulların, o cümlədən 758,4 min ABŞ dolları (27 dəfə çox) səs yazılmış və ya başqa hallar üçün digər yarımkeçirici daşıyıcıların, 293,1 min ABŞ dolları (489 dəfə çox) antena, bütün tiplərdən olan antena əksedicilərinin, 64,8 min ABŞ dolları (13 dəfə çox) lazerin (lazer diodlarından başqa) payına düşüb.