Azərbaycan Vətən müharibəsində erməni kiberqruplaşmalarının fəaliyyətini araşdırıb
İKT
- 01 noyabr, 2021
- 07:36
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan ABŞ-ın Nyu-York şəhərində “Global Cybertech 2021” beynəlxalq kibertəhlükəsizlik konfransında iştirak edib.
"Report" xəbər verir ki, Azərbaycanı bu tədbirdə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov təmsil edib.
T.Məmmədov 44-günlük Vətən müharibəsi dövründə erməni kiberqruplaşmalarının fəaliyyəti ilə bağlı “Hakerlərin xüsusi kanallar vasitəsi ilə kibermüharibəyə cəlb edilməsi və idarəedilməsi” mövzusunda məruzəçi qismində çıxış edib.
“Global Cybertech 2021” kibertəhlükəsizlik konfransında çıxışlarla paralel dünya ölkələrinin, xüsusən də ABŞ və İsrail şirkətlərinin yeni innovativ texnoloji həlləri və kibermüdafiə sistemlərinin sərgisi də təşkil olunub.
Son xəbərlər
19:07
"ASAN xidmət" təcrübəsinin İraqda tətbiqi müzakirə edilib
Xarici siyasət
18:55
Sudanda hərbi təyyarə yaşayış evinə çırpılıb, 5 uşaq həlak olub
Digər ölkələr
18:49
Məhəmməd Salah Türkiyə Superliqasında ötən ayın ən yaxşı futbolçusu seçilib
Futbol
18:41
Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib
Energetika
18:31
Foto
MDB nümayəndələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyəti ilə tanış olublar
Sosial müdafiə
18:29
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
Digər ölkələr
18:19
Video
Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
Xarici siyasət
18:10
Azərbaycanla Latviya arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub
Xarici siyasət
17:58
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
Region