Azərbaycan və ABŞ rəqəmsal transformasiya imkanlarını müzakirə edib
- 11 dekabr, 2025
- 15:08
Azərbaycan və Amerika Birləşmiş Ştatları (ABŞ) arasında Orta Dəhlizin inkişafı, rəqəmsal transformasiya və enerji layihələrinin yaratdığı regional imkanlar müzakirə olunub.
"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsində hesabında bildirib.
"ABŞ-yə səfər çərçivəsində qlobal infrastruktur investisiya idarəetmə şirkəti "Global Infrastructure Partners"in (GIP) təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Oqunlesi və Kapital formalaşdırılması üzrə qlobal rəhbəri Erik Varvel ilə görüşdük. Görüşdə nəqliyyat, logistika, rəqəmsal infrastruktur və data mərkəzləri üzrə birgə investisiya platformasının yaradılması barədə fikir mübadiləsi apardıq", – deyə nazir qeyd edib.
ABŞ-yə səfər çərçivəsində qlobal infrastruktur investisiya idarəetmə şirkəti “Global Infrastructure Partners”in (GIP) təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Oqunlesi və Kapital formalaşdırılması üzrə qlobal rəhbəri Erik Varvel ilə görüşdük.
— Rashad Nabiyev (@RashadNNabiyev) December 11, 2025
Görüşdə Orta Dəhlizin… pic.twitter.com/vaMDBSGJ2N