Azərbaycan Türkiyədən 172 mln dollarlıq elektrik və elektronika məhsulları alıb

İKT
  • 12 noyabr, 2022
  • 11:06
Azərbaycan Türkiyədən 172 mln dollarlıq elektrik və elektronika məhsulları alıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 171,591 milyon ABŞ dolları dəyərində elektrik və elektronika məhsulları idxal edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) statistik məlumatlarında qeyd olunub.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,5 % çoxdur.

Təkcə bu ilin oktyabr ayında isə Türkiyə Azərbaycana 15,827 milyon ABŞ dollarlıq elektrik və elektronika məhsulları ixrac edib ki, bu da, illik müqayisədə 13,3 % çoxdur.

Bu ilin ilk 10 ayında Türkiyənin ümumi elektrik və elektronika məhsullarının ixracının dəyəri illik müqayisədə 6 % artaraq 12,28 milyard ABŞ dollara, oktyabr ayında isə bu məhsulların ixracının dəyəri 7,6 % artaraq 1,325 milyard ABŞ dollarına çatıb.