Azərbaycan "Poçt sahəsində iri müştərilərlə işin təşkili" mövzusunda keçiriləcək tədbirdə iştirak edəcək

İKT
  • 26 avqust, 2015
  • 12:34
Azərbaycan Poçt sahəsində iri müştərilərlə işin təşkili mövzusunda keçiriləcək tədbirdə iştirak edəcək

Bakı. 26 avqust. REPORT.AZ/ Ümumdünya Poçt İttifaqı (ÜPİ) və Regional Rabitə Birliyinin (RRB) birgə təşkilatçılığı ilə oktyabrın 6-7-də Qazaxıstanın paytaxtı Astana şəhərində “Poçt sahəsində iri müştərilərlə işin təşkili” mövzusunda konfrans keçiriləcək. "Azərpoçt" MMC-dən "Report"a daxil olan xəbərə görə, tədbirdə həm region ölkələrinin poçt sahəsi üzrə mütəxəssisləri, həm də ÜPİ-nin və RRB-nin rəhbər nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, oktyabrın 8-də isə Astana poçt sektorunu əhatə edən daha bir əhəmiyyətli tədbirə ev sahibliyi edəcək. 

Həmin tarixdə RRB-nin Poçt Komissiyasının və Poçt operatorları Şurasının növbəti iclası baş tutacaq. İclasda RRB-nin yaradılmasının 25 illiyi qeyd edilməsinə hazırlıqla yanaşı, ÜPİ-nin 2016-cı ildə İstanbulda keçiriləcək 26-cı konfransına hazırlıq və bununla bağlı İşçi Qrupunun formalaşdırılması, İstanbul Strategiyası ilə bağlı Minskdə hazırlanan prinsip və prioritetlərlə iştirakçıların məlumatlandırılması məsələləri ətrafında fikir mübadiləsi aparılacaq.

Eyni zamanda, RRB-yə daxil olan üzv ölkələrin birgə poçt markalarının buraxılması mövzusu da müzakirə predmeti olacaq.

Qeyd edək ki, bu toplantılarda Azərbaycanı "Azərpoçt" nümayəndələri təmsil edəcəklər.

44 - Tezliklə