Azərbaycan Dünya Bankı ilə süni intellekt əsaslı infrastrukturun inkişafına dəstəyi müzakirə edib

İKT
  • 08 oktyabr, 2026
  • 16:45
Azərbaycan Dünya Bankı ilə süni intellekt əsaslı infrastrukturun inkişafına dəstəyi müzakirə edib

Azərbaycan və Dünya Bankı arasında rəqəmsal transformasiya, süni intellekt əsaslı infrastrukturun inkişafı, məlumat mərkəzləri və "Hökumət buludu" sahəsində əməkdaşlıq müzakirə edilib.

"Report" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, müzakirələr nazir müavini Rəşad Həsənovun Dünya Bankı Qrupunun Azərbaycan üzrə ölkə meneceri Saşa Bakes ilə görüşdə baş tutub.

Görüşdə "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı" çərçivəsində müəyyən edilmiş prioritet istiqamətlər üzrə əməkdaşlıq imkanları müzakirə olunub.

Tərəflər, həmçinin kibertəhlükəsizlik üzrə mütəxəssislərin, eləcə də rəqəmsal bacarıqlara malik kadrların hazırlanması sahələrində Dünya Bankının mümkün dəstəyi barədə fikir mübadiləsi aparıblar.