Alfredo Soria: "Plug and Play" 2 200-dən çox startapa akselerasiya dəstəyi verib"

İKT
  • 02 sentyabr, 2026
  • 10:34
Alfredo Soria: Plug and Play 2 200-dən çox startapa akselerasiya dəstəyi verib

"Plug and Play" indiyədək dünya üzrə 2 200-dən çox startapa akselerasiya dəstəyi göstərib.

"Report" xəbər verir ki, bunu "Plug and Play" şirkətinin regional direktoru Alfredo Soria Bakıda keçirilən "Plug and Play × IDDA – Industry Challenges" adlı təbirdə bildirib.

O qeyd edib ki, şirkətin dəstək göstərdiyi startaplardan 784-ü Asiya, 574-ü EMEA – Avropa, Yaxın Şərq və Afrika regionunun, 861-i isə Amerika qitəsinin payına düşür: "Plug and Play"in fəaliyyətinin mühüm hissəsi akselerasiya proqramları vasitəsilə həyata keçirilir: "Əsas məqsədimiz startapları düzgün mentorluq və istiqamətləndirmə, biznes imkanları, eləcə də investisiya cəlb etmək imkanları ilə təmin etməkdir".

A.Soria vurğulayıb ki, şirkətin fəaliyyətinin əsas istiqamətlərindən biri startaplarla korporasiyalar arasında əməkdaşlığın qurulması və açıq innovasiya modelinin tətbiqidir: "Plug and Play" qlobal miqyasda 550-dən çox tərəfdaşla əməkdaşlıq edir və korporasiyalara xarici innovasiya imkanlarından istifadə etməklə uyğun texnologiya və həlləri öz fəaliyyətlərinə inteqrasiya etməyə kömək edir.

Regional direktor əlavə edib ki, "Plug and Play" hazırda 25-dən çox sahə üzrə fəaliyyət göstərir və 62 məkanda təmsil olunur: "Şirkət orta hesabla hər gün bir startapa investisiya yatırır və bu göstərici ildə 250-dən çox startap deməkdir. Şirkət təkcə ötən il 8 yeni bazara daxil olub və qlobal miqyasda 1 300-dən çox tədbir təşkil edib. Bu tədbirlər sırasına dəyirmi masalar, xüsusi sessiyalar, demo günləri, sərgilər və digər innovasiya formatları daxildir".