ABŞ iri İT şirkətlərini çiplərə tətbiq olunan tariflərdən azad etməyi planlaşdırır

İKT
  • 10 fevral, 2026
  • 08:54
ABŞ iri İT şirkətlərini çiplərə tətbiq olunan tariflərdən azad etməyi planlaşdırır

ABŞ Prezidenti Donald Trampın administrasiyası "Amazon", "Google" və "Microsoft" da daxil olmaqla, iri informasiya texnologiyaları (İT) şirkətlərini mikroçiplərə tətbiqi planlaşdırılan rüsumlardan azad etməyə hazırlaşır.

"Report" xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti mənbələrə istinadən yazıb.

Qərara səbəb həmin şirkətlərin süni intellekt üçün məlumat mərkəzlərinin tikintisi ilə məşğul olmasıdır. Materialda bildirilib ki, Tayvanın çip istehsalı üzrə qrupu olan "Taiwan Semiconductor Manufacturing Company" (TSMC) investisiya öhdəlikləri götürərsə, şirkətlər yüksək rüsumlardan yayına biləcək.

FT-nin yazdığına görə, bu sxem dünyanın aparıcı çip istehsalçısını öz istehsalatının böyük hissəsini ABŞ-yə köçürməyə sövq etmək məqsədi daşıyır.

Hazırda TSMC öz istehsal güclərinin böyük hissəsini Tayvanda saxlayır. Şirkət ABŞ-dəki potensialın inkişafına 165 milyard dollar sərmayə qoyacağına söz verib.

Son xəbərlər

Bütün Xəbər Lenti