ABŞ-da yeni 5G şəbəkəsinin yerləşdirilməsi təxirə salınıb
İKT
- 04 yanvar, 2022
- 16:51
ABŞ Prezidenti Cozef Bayden yeni 5G şəbəkəsinin yerləşdirilməsinin təxirə salınmasına dair razılaşmanı dəstəkləyib.
"Report" xəbər verir ki, bu barədə Ağ Evin yaydığı bəyanatda deyilir.
Buna səbəb təyyarələrin uçuş təhlükəsizliyinə potensial təhdidlər olub.
Belə ki, yanvarın 5-nə planlaşdırılan 5G mobil şəbəkəsinin işə salınması iki həftə gecikdiriləcək. Əldə olunmuş razılaşma qarşıdakı iki həftə ərzində aviasiya uçuşları zamanı heç bir ciddi fasilələrin yaranmayacağına zəmanət verir.
ABŞ səlahiyyətliləri 5G tezliklərinin istifadəsinin uçuş təhlükəsizliyinə təsir edə biləcəyindən ehtiyat edir. Bununla əlaqədar ABŞ Nəqliyyat Departamenti əvvəllər sənayenin ən böyük müəssisələrindən bu şəbəkələrin tətbiqini təxirə salmağı xahiş etmişdi.
Son xəbərlər
06:21
Yeni "Rafale" qırıcısı 2035-ci ilə qədər hazır ola bilər
Digər ölkələr05:53
"Nvidia" rüb ərzində mənfəətinin ikiqat artdığını açıqlayıb
Biznes05:14
ABŞ ordusu atom mikroreaktorlarının inşasına 2 milyard dollardan çox pul xərcləyəcək
Digər ölkələr04:42
Əlcəzairdə meşə yanğınlarında azı 12 nəfər ölüb
Digər ölkələr04:28
Qrossi BMT-nin qlobal münaqişələrin həllində səmərəsiz olduğunu bildirib
Digər ölkələr03:55
ABŞ Hərbi Dəniz Qüvvələri üçün süzən torpedo hazırlanır
Digər ölkələr03:10
ABŞ-də 11 sentyabr terror aktları işi üzrə iclasın tarixi açıqlanıb
Digər ölkələr02:46
Ərdoğan Qarabağ Universitetində İTU nəzdində akademik bölmələr yaradılması barədə qərar imzalayıb
Elm və təhsil02:11