Ronaldu dünya çempionatlarında son oyununu keçirib

İdman
  • 07 iyul, 2026
  • 08:54
Ronaldu dünya çempionatlarında son oyununu keçirib

Kriştianu Ronaldu futbol üzrə dünya çempionatlarında son oyununu keçirib.

"Report" xəbər verir ki, 41 yaşlı hücumçunun dünya çempionatlarında son matçı Portuqaliya yığmasının İspaniya komandasına 0:1 hesabı ilə uduzduğu 1/8 final matçı olub.

İspanlarla görüşdən əvvəl Ronaldu DÇ-2026-nın onun üçün sonuncu olacağını bildirib. Bununla yanaşı, o, milli komandada gələcək çıxışı ilə bağlı məsələni açıq saxlayıb.

Qeyd edək ki, karyerası ərzində portuqaliyalı dünya çempionatlarında 27 oyun keçirib ki, bu da hesabında 30 oyun olan Lionel Messidən sonra turnir tarixində ikinci nəticədir. Ronaldo dünya çempionatlarında 11 qol vurub.

Hücumçunun dünya çempionatlarında ən yaxşı nailiyyəti 2006-cı ildə dördüncü yer olub.