"Neftçi" klubu paraqvaylı yarımmüdafiəçi ilə müqavilə imzalayıb

İdman
  • 30 iyul, 2017
  • 13:22
Neftçi klubu paraqvaylı yarımmüdafiəçi ilə müqavilə imzalayıb

Bakı. 30 iyul. REPORT.AZ/ "Neftçi” klubu paraqvaylı yarımmüdafiəçi David Derlis Meza Kolli ilə müqavilə bağlayıb.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, 28 yaşlı futbolçu ilə anlaşmanın müddəti 1 ildir.

Meza Kolli "Neftçi”də 10 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, David Derlis Meza Kolli əvvəllər "İnter" və "Qəbələ"də də forma geyinib. Onun son klubu "Serro Portenyo" (Paraqvay) olub.