Nazim Sadıxov: "Mən daha təhlükəliyəm"
- 05 iyun, 2026
- 18:43
Qarşıdakı döyüşlərə köklənmişəm.
"Report"un məlumatına görə, bunu Azərbaycanlı MMA döyüşçüsü Nazim Sadıxov Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turniri ilə bağlı onlayn şəkildə təşkil olunan mətbuat konfransında deyib.
İdmançı hazırlıqların qaydasında olduğunu söyləyib:
"Hazırlıq əla gedir və məşq prosesində çox şeyi dəyişmişəm. Həmişə irəli baxmalısan. Dekabrdakı son döyüşlərimdə məğlub oldum. Buna baxmayaraq qarşıdakı döyüşlərə köklənmişəm. Yorğunluqdan irəli gələn məğlubiyyətlər idi".
O rəqibindən daha təhlükəli olduğunu bildirib:
"Düşünürəm ki mən Mateus Kamilodan daha təhlükəliyəm. "Canavar"ın öz sirləri var".
N.Sadıxov azarkeşlərin göstərdiyi dəstəyi yüksək qiymətləndirib:
"Azərbaycandakı son turnirdə mənə böyük dəstək var idi. Azərbaycan xalqını heç olmasa 1 gecəlik sevindirmək və birləşdirmək mənim ən böyük arzum idi və bu reallaşdı."
Xatırladaq ki, bu il "UFC Fight Night" iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq. Nazim Sadıxov yüngül çəki dərəcəsində braziliyalı Mateus Kamilo ilə döyüşəcək.