Luis Enrike yayda "Real"a rəhbərlik edə bilər
İdman
- 17 yanvar, 2026
- 07:45
PSJ-nin baş məşqçisi Luis Enrike 2026-cı ilin yayında Paris klubundan ayrılaraq "Real"a rəhbərlik edə bilər.
"Report" xəbər verir ki, bu barədə "X"də "Topskills Sports UK" paylaşım edib.
Qeyd olunub ki, Enrike yeni kluba keçməyə açıqdır, lakin bu, yalnız oyunçular, transferlər və idman qərarları üzərində tam nəzarəti ələ keçirmək şərti ilə mümkündür.
Vurğulanıb ki, mütəxəssis İspaniya çempionatında işləmək imkanını ciddi şəkildə nəzərdən keçirir.
Xatırladaq ki, Enrike 2014-cü ildən 2017-ci ilə qədər "Barselona"nın baş məşqçisi vəzifəsində çalışıb. Onun rəhbərliyi altında klub Çempionlar Liqasını, Klublararası Dünya Kubokunu, UEFA Superkubokunu, iki İspaniya çempionluğunu, üç İspaniya Kubokunu və bir İspaniya Superkubokunu qazanıb.
Son xəbərlər
12:25
"Azərişıq" Kəlbəcərin bir sıra ərazilərində yenidənqurma işləri həyata keçirir
Energetika12:24
"Roma" Malik Fofana üçün 40 milyon avro ödəməyə hazırdır
Futbol12:22
Sabah 37 dərəcə isti olacaq
Ekologiya12:15
SOCAR ötən ilin maliyyə hesabatını açıqlayıb
Energetika12:15
Video
Lənkəranda açıq sahələrdə baş verən yanğınlar söndürülüb
Hadisə12:09
Foto
Qusarda Aqrar Biznes Festivalı və I İntensiv Meyvə Bağları Festivalı keçirilib
ASK12:09
Vətən müharibəsindən sonra mina partlayışlarından 363 nəfər xəsarət alıb
Hadisə12:07
Foto
Naxçıvanda saxta aksiz markalı alkoqollu içkilər aşkarlanıb
Hadisə12:06