Hans-Diter Flik Pedro Porronun "Barselona"ya keçməsini istəyir

İdman
  • 15 iyul, 2026
  • 13:32
Hans-Diter Flik Pedro Porronun Barselonaya keçməsini istəyir

"Barselona" klubu İspaniya millisinin futbolçusu Pedro Porronun transferi üçün çalışır.

"Report" "El Nacional" nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin baş məşqçisi Hans-Diter Flik 26 yaşlı cinah müdafiəçisinin heyətə cəlb olunmasını istəyib.

İngiltərənin "Tottenhem" klubu oyunçunu 80 milyon müqabilində buraxmağa hazırdır.

Xatırladaq ki, Pedro Porronun London təmsilçisi ilə müqaviləsinin müddəti 2031-ci ilin yayınadək qüvvədədir.