Zəngilanda hərbçilərin yürüşü keçirilib
Hərbi
- 20 oktyabr, 2023
- 09:15
20 oktyabr – Zəngilan Şəhəri Günündə hərbçilərin iştirakı ilə yürüş təşkil olunub.
"Report"un xəbərinə görə, əvvəlcə Zəngilan Şəhidlər Xiyabanı ziyarət edilərək Vətənimizin azadlığı uğrunda canından keçən əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhər Günü münasibətilə Zəngilan Konqres Mərkəzinin qarşısında yürüş keçirilib. Yürüşdə Daxili İşlər Nazirliyi və Daxili Qoşunların əməkdaşları, eləcə də Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti iştirak edib.
Düz 3 il bundan öncə Zəngilan şəhəri 44 günlük Vətən müharibəsində düşmən tapdağından azad olunub.
Qeyd edək ki, Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 20-də Zəngilan Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək.
Zəngilanda hərbçilərin yürüşü keçirilib
Son xəbərlər
03:00
ABŞ müttəfiqlərini Beynəlxalq Cinayət Məhkəməsindən çıxmağa çağırıb
Digər ölkələr02:39
Gürcüstanda mikroavtobus qəzasında azı 4 Belarus vətəndaşı ölüb
Digər ölkələr02:26
Xavi Niderland yığmasının baş məşqçisi təyin edilib
Futbol02:12
Gəncədə yolu keçmək istəyən piyadanı maşın vuraraq öldürüb
Hadisə01:34
Şəkidə sel fəsadlara səbəb olub
Hadisə01:09
Abşerondakı qətlin bəzi təfərrüatları məlum olub - YENİLƏNİB
Hadisə00:55
UEFA Superkubokunun qalibi müəyyənləşib
Futbol00:12
Tramp Levittin Ağ Evin mətbuat katibi vəzifəsindən ayrılması barədə məlumat verib
Digər ölkələr23:58