Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edəcək

Hərbi
  • 02 iyun, 2015
  • 10:21
Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edəcək

Bakı. 2 iyun. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov sabah Qırğızıstanın Çolpon-Ata şəhərində keçiriləcək MDB iştirakçı dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edəcək. Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

İclasda MDB çərçivəsində hərbi əməkdaşlıq məsələlərinin müxtəlif aspektlərinin müzakirə edilməsi planlaşdırılır.

44 filmi