Yaşar Gülər: Sülh və əmin-amanlıq istəyiriksə, müharibəyə hazır olmalıyıq

Hərbi
  • 01 oktyabr, 2026
  • 15:06
Yaşar Gülər: Sülh və əmin-amanlıq istəyiriksə, müharibəyə hazır olmalıyıq

Sülh və əmin-amanlıq istənilirsə, müharibəyə hazır olmaq lazımdır.

"Report"un Xocavəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycanda keçirilən "Birliyin Gücü - 2026" birgə hərbi təliminin sonuncu mərhələsi zamanı hərbi qulluqçuların təltifolunma mərasimimdə bildirib.

O bildirib ki, Azərbaycan, Türkiyə və Özbəkistandan olan hərbi qulluqçuların təlimi uğurla başa çatıb:

"Təlimdə iştirak edən qardaşlarımı təbrik edirəm. İnanıram ki, bundan sonra digər qardaşlarımızın da – qırğızların, qazaxların da aramıza qoşulması ilə daha böyük təlimləri birlikdə planlaşdıraraq uğurla həyata keçirəcəyik. Sülh və əmin-amanlıq istəyiriksə, müharibəyə hazır olmalıyıq. Bütün bunlara görə də biz bölgəmizdəki vəziyyətləri nəzərə alaraq hazırlığımızı ən yaxşı şəkildə təmin edib sülh içində yaşayacağıq".

44 filmi