"Xəzər kuboku - 2016" müsabiqəsində hərbi dənizçilərimiz mükafatlandırılıb
- 13 avqust, 2016
- 15:21
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 13 avqust. REPORT.AZ/ Azərbaycan hərbi dənizçilərinin də iştirak etdiyi "Beynəlxalq Ordu Oyunları -2016" yarışları çərçivəsində keçirilən "Xəzər kuboku - 2016" müsabiqəsinə yekun vurulub.
"Report" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, mükafatlandırma mərasimində Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanının müavini 1-ci dərəcəli kapitan Sübhan Bəkirov, Rusiya Federasiyası Xəzər Donanmasının komandanı kontr-admiral Sergey Pinçuk və Dağıstan Muxtar Respublikasının rəsmi nümayəndələri iştirak ediblər.
G-124 gözətçi gəmisinin zabiti baş leytenant İsrail Məmmədov nümayiş etdirdiyi bacarıq və peşəkarlığa görə fərdi mükafata layiq görülüb.
"Xəzər kuboku - 2016" müsabiqəsində ümumi nəticələrin bal hesabına uyğun olaraq komandamız ikinci yerə layiq görülərək xüsusi medalla təltif edilib.