Vüqar Mustafayev İstanbulda "SAHA 2026" sərgisində iştirak edir

Hərbi
  • 05 may, 2026
  • 12:20
Vüqar Mustafayev İstanbulda SAHA 2026 sərgisində iştirak edir

Türkiyənin İstanbul şəhərində 5-ci "SAHA 2026" Beynəlxalq Müdafiə və Aerokosmik Sərgisi öz işinə başlayıb.

"Report"un Türkiyəyə ezam olunan əməkdaşı xəbər verir ki, tədbirdə Azərbaycan müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

Bildirilib ki, iki ildən bir təşkil olunan sərgidə "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" Qapalı Səhmdar Cəmiyyətinə məxsus 75 adda müdafiə təyinatlı məmulatlar nümayiş etdirilir.

Tədbirdə dünyanın müxtəlif ölkələrinin silah və hərbi texnika, artilleriya və raket kompleksi, müasir atıcı silahlar, rabitə vasitələri, döyüş sursatları, zirehli texnika, təyyarələr, pilotsuz uçuş aparatları, sualtı qayıqlar, döyüş gəmiləri və s. sərgilənir.

Qeyd edək ki, V.Mustafayevin sərgi çərçivəsində bir çox ölkələrin rəsmi şəxsləri və şirkət rəhbərləri ilə görüşləri nəzərdə tutulub.

"SAHA 2026" sərgisi mayın 9-da başa çatacaq.