T​ürkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana rəsmi səfərə gələcək

Hərbi
  • 01 oktyabr, 2015
  • 08:37
T​ürkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana rəsmi səfərə gələcək

Bakı. 1 oktyabr. REPORT.AZ/ Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ölkəmizə rəsmi səfərə gələcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, oktyabrın 5-də Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gələcək.

Səfər çərçivəsində H.Akarın Müdafiə Nazirliyində görüşləri planlaşdırılır.

Səfər oktyabrın 7-dək davam edəcək.

44 filmi