Zakir Həsənov və Sergey Şoyqu sərhəddəki vəziyyəti müzakirə edib

Hərbi
  • 16 noyabr, 2021
  • 16:08
Zakir Həsənov və Sergey Şoyqu sərhəddəki vəziyyəti müzakirə edib
Sergey Şoyqu və Zakir Həsənov

Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu Azərbaycan-Ermənistan dövlət sərhədində yaranan vəziyyətlə bağlı Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənova zəng edib.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Telefon danışığı əsnasında general-polkovnik Z.Həsənov iki ölkənin dövlət sərhədində Ermənistanın törətdiyi təxribatların qarşısının qətiyyətlə alındığını bildirib.

Ordu generalı S.Şoyqu hərbi əməliyyatların dayandırılması və vəziyyətin sabitləşdirilməsi üçün səylər göstərməyə hazırlığını ifadə edib.

44 - Tezliklə