Azərbaycan və Qazaxıstan 2026-cı il üçün hərbi əməkdaşlıq planı imzalayıblar
- 31 oktyabr, 2025
- 17:16
 
                            
                            
                        Azərbaycan və Qazaxıstan Müdafiə nazirlikləri arasında 2026-cı il üçün hərbi əməkdaşlıq planı imzalanıb.
"Report" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sənəd Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun oktyabrın 31-də qazaxıstanlı müdafiə naziri general-leytenant Dauren Kosanovla görüş zamanı imzalanıb.
Vurğulanıb ki, görüşdə Azərbaycanla Qazaxıstan arasında əlaqələrin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu qeyd edilib, hərbi, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın cari vəziyyəti müzakirə olunub. Hər iki ölkə arasında hərbi əlaqələrin yeni perspektivlərinin müzakirə edildiyi görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Eyni zamanda Qazaxıstanın müdafiə naziri Zakir Həsənova "Beynəlxalq əməkdaşlığın inkişafına töhfəyə görə" medalını təqdim edib.
 
                 
        
        
     
             
             
             
             
            