NATO-nun Mobil Təlim Qrupu Azərbaycan hərbçilərinə seminar keçir
- 11 oktyabr, 2016
- 12:46
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 11 oktyabr. REPORT.AZ/ Müdafiə Nazirliyinin NATO ilə 2016-cı il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, NATO-nun Brunssum Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən Azərbaycanda "Maddi-Texniki Təminatın Əsasları" mövzusunda seminar keçirilir.
Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, tədbir müddətində NATO nümayəndə heyəti tərəfindən iştirakçılara "Maddi-Texniki Təminatın əsasları", "Əməliyyatlarda Maddi-Texniki Təminatın planlaşdırılması" və digər mövzular barədə məlumatlar verilir, eləcə də sindikatlar təşkil edilir.
Tədbirdə Silahlı Qüvvələrin müxtəlif qoşun növlərindən hərbi qulluqçular iştirak edir.