NATO nümayəndəsi Azərbaycana təşəkkür edib
Hərbi
- 12 oktyabr, 2021
- 10:46
NATO Müttəfiq Qüvvələrinin Əməliyyat Komandanlığının Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Bülent Turan Azərbaycan Ordusunun hərbi qulluqçularının Əfqanıstandakı “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasına verdiyi töhfəyə görə minnətdarlığını bildirib.
"Report" xəbər verir ki, NATO rəsmisi minnətdarlığını oktyabrın 12-də Bakıda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşündə çatdırıb.
O, mövcud hərbi əməkdaşlığın daha da genişləndirilməsinin tərəfdarı olduğunu vurğulayıb.
Görüşdə NATO ilə tərəfdaşlıq çərçivəsində keçirilən birgə tədbirlərə dair fikir mübadiləsi aparılıb.
Son xəbərlər
07:29
Tramp G20-nin maliyyə nazirlərinin görüşünü pozitiv adlandırıb
Digər ölkələr07:09
Bessent: ABŞ İranla sülh müqaviləsi bağlamaq istəyir
Digər ölkələr06:37
Venesuela parlamenti ABŞ ilə neft müqaviləsini dəstəkləyib
Digər ölkələr06:13
Rumıniyada onlarla turist qidadan zəhərlənib
Digər ölkələr05:48
Bessent: G20 Çinin mövqeyinə görə birgə kommünikedə razılığa gələ bilməyib
Digər ölkələr05:21
Peru İranla diplomatik əlaqələri kəsib
Digər ölkələr04:55
ABŞ alimləri potensial qaranlıq materiyanın siqnalını aşkar ediblər
Digər ölkələr04:17
Şamaxıda zəlzələ olub
Hadisə04:06