Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
Hərbi
- 26 iyun, 2017
- 09:02
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 26 iyun. REPORT.AZ/ Bu gün Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti Silahlı Qüvvələr Günü münasibətilə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.
Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə və Zərifə xanım Əliyevanın məzarına əklil və gül dəstələri qoyulub, xatirələri hörmət və ehtiramla yad edilib.
Sonra Müdafiə Nazirliyinin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib. Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş vətəndaşlarımızın xatirəsinə ucaldılmış Şəhidlər kompleksindəki Əbədi məşəlin önünə və şəhid məzarlarına da əklil və gül dəstələri qoyublar.
Son xəbərlər
15:59
Müdafiə Nazirliyi həftəlik icmalını yayıb
Hərbi
15:52
Azərbaycan Basketbol Liqasında V tura iki oyunla yekun vurulub
Komanda
15:37
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Digər ölkələr
15:28
Türkiyə ilə Cənubi Koreya arasında müxtəlif sənədlər imzalanacaq
Region
15:16
Çevik Reaksiya Qüvvələri Sudanın şərqində enerji obyektlərinə dronlarla hücum edib
Digər ölkələr
15:04
IRNA: ABŞ və İsrailin İrana hücumlarına dair sübutlar IMO-ya təqdim edilib
Region
14:57
Cek Qriliş intizamsız davranışına görə "Everton"dan kənarlaşdırılıb
Futbol
14:34
Almaniya DİN ölkədəki iğtişaşlara görə solçu radikalları və ekstremistləri təqsirləndirib
Digər ölkələr
14:23
Zelenski: Ukrayna Krım da daxil olmaqla, öz torpaqlarından imtina etməyəcək
Digər ölkələr