Müdafiə Nazirliyi vətəndaşlara çağırış edib: "Yardım çağırışlarına reaksiya verməyin"
Hərbi
- 20 sentyabr, 2023
- 09:20
Müdafiə Nazirliyi vətəndaşlara çağırış edib.
“Report” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov sentyabrın 20-də Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən brifinqdə bildirib.
"Bəzi sosial media hesablarında orduya dəstək adı altında pul və yardım istənilməsi ilə bağlı vətəndaşlara çağırışlar olunur. Müraciət edirik ki, vətəndaşlar belə çağırışlara heç bir reaksiya göstərməsinlər. Silahlı Qüvvələrin maddi texniki bazasının möhkəmləndirilməsi, həmçinin ərzaq və digər təminatın daha da yaxşılaşdırılması təşkil edilir. Bölmələrimizin istənilən şəraitdə normalara uyğun və fasiləsiz təminatı istiqamətində zəruri tədbirlər planlı şəkildə həyata keçirilir", - o vurğulayıb.
Son xəbərlər
15:22
Tramp: ABŞ Ontario gölünün adını dəyişmək istəyir
Digər ölkələr15:19
Ötən il 18 yaşadək 117 gəncin nikahı rəsmi qeydə alınıb
Sosial müdafiə15:18
Qazaxıstanda sutka ərzində daha bir NEZ-də fövqəladə hadisə baş verib
Energetika15:17
Qətər XİN: ABŞ və İran danışıqlarında yeni nailiyyətlər yoxdur
Digər ölkələr15:09
Ötən il Azərbaycanda nikahdankənar doğulanların sayı azalıb
Hadisə15:06
Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib
Energetika15:05
Foto
Rövşən Rzayev vətəndaş qəbulu keçirib
Daxili siyasət15:05
Ötən il Azərbaycanda 481 körpə ölü doğulub
Sağlamlıq15:02
Foto