Müdafiə naziri Vətən müharibəsinin başladığı ilk saatlardan danışdı
Hərbi
- 26 iyun, 2021
- 07:44
"Sentyabrın 27-də saat təxminən 5-i keçmişdi ki, düşmənin intensiv şəkildə bizim mövqelərimizi və cəbhəboyu kəndləri atəşə tutması ilə bağlı mənə məruzə olundu. Təbii ki, mən dərhal iş yerinə gəldim və müvafiq tapşırıqlarımı verdim".
"Report" xəbər verir ki, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov "Real" TV-yə müsahibəsində deyib.
"Saat 6 radələrində bunlar artıq ağır artilleriyadan atəş açmağa başlamışdılar. Bilirsiniz ki, bizim itkilərimiz də oldu. Dərhal mən Ali Baş Komandana məruzə elədim və Ali Baş Komandandan müvafiq tapşırıqlar aldım. Eləcə də, əks-hücumla "Dəmir yumruq" əməliyyatının həyata keçirilməsi ilə bağlı göstəriş aldım. Beləliklə, Azərbaycan Ordusu əməliyyatlara başladı", - nazir əlavə edib.
Son xəbərlər
09:33
London klubu futbolçusu ilə yollarını ayırmaq istəyir
Futbol09:26
Vinisius Juniorun "Real"dan ayrılmaq istəməsinin səbəbi bəlli olub
Futbol09:22
Azərbaycan neftinin qiyməti 67 dollara düşüb
Energetika09:14
Bərdədə minik avtomobilləri toqquşub, 2 nəfər ölüb
Hadisə09:12
Azərbaycan Kuboku: II təsnifat mərhələsinə start verilir
Futbol09:12
Foto
Bu ilin doqquz ayında 114 körpənin topuq testi müayinəsi pozitiv çıxıb
Sağlamlıq09:10
Azərbaycan BMT-nin "Kibercinayətkarlığa qarşı" Konvensiyasını imzalayıb
Xarici siyasət09:03
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (28.10.2025)
Maliyyə09:02