MMU-da Gürcüstan nümayəndə heyəti ilə görüş keçirilib

Hərbi
  • 24 noyabr, 2025
  • 17:46
MMU-da Gürcüstan nümayəndə heyəti ilə görüş keçirilib

Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunda Gürcüstan Müdafiə Nazirliyinin "Müdafiə İnstitutlarının Qurulması Məktəbi"nin (DIBS) rəhbər heyəti ilə görüş keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşün məqsədi Azərbaycan və Gürcüstan Müdafiə nazirlikləri arasındakı "Müdafiə və Təhlükəsizlik üzrə Strateji Proqram" çərçivəsində təhsil üzrə ekspertlərlə görüşmək, həmçinin Azərbaycanın təhlükəsizlik, müdafiə siyasəti ilə tanış olmaq olub.

Nümayəndə heyətinə təqdim olunan brifinqdə İnstitutun yaranma tarixi, missiyası, tədris strukturu, tədris proqramları və təhsil istiqamətləri barədə ətraflı məlumat verilib, eləcə də qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Daha sonra nümayəndələrin tədris imkanlarını yaxından tanıması üçün təhsil gəzintisi təşkil olunub və Azərbaycan Ordusunda hərbi təhsil sahəsində aparılan islahatlar və tətbiq olunan yeniliklər barədə məlumat çatdırılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti