Məzun: Xidmət müddətimdə vətənə layiqli zabit olmağa çalışacağam
- 25 iyun, 2026
- 15:43
Yeniliklərdən dərhal xəbərdar olun!
Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutdan məzun olan Leytenant Ağakazım İmanzadə xidmət müddətində vətənə layiqli zabit olmağa çalışacağını söyləyib.
O, bunu "Report"a açıqlamasında Hərbi İnstitutun buraxılış mərasimi zamanı deyib.
Ağakazım İmanzadə bildirib ki, bu gün həyatının əlamətdar günlərindən biridir:
"Bu gün ilkin hərbi zabit rütbəsinə layiq görülürəm. Zabit yoldaşlarıma gələcək həyatlarında uğurlar arzu edirəm. Xidmət müddətimdə vətənə layiqli zabit olmağa çalışacağam. Mən dənizçilik, gəmi naviqasiya mühəndisliyi sahəsi üzrə ixtisaslaşmışam. Xidmətimi Hərbi Dəniz Qüvvələrində davam etdirəcəyəm. Buradan məzun olmaq çox gözəl hissdir. Burada təhsil almaq arzum idi. Hərbi təhsilimi davam etdirəcəyəm".