Kamran Əliyev: "Gəncə terroru ilə bağlı hərbi siyasi tapşırığı verənlər və icra edənlər müəyyən olunub"

Hərbi
  • 12 oktyabr, 2022
  • 05:23
Kamran Əliyev: Gəncə terroru ilə bağlı hərbi siyasi tapşırığı verənlər və icra edənlər müəyyən olunub

“Gəncə terroru ilə bağlı Azərbaycan Baş Prokurorluğunda 3 cinayət işi başlanılıb, bu hərbi siyasi tapşırığı verənlər və icra edənlər müəyyən olunub”.

“Report”un xəbərinə görə, bunu Gəncə şəhərinə səfəri zamanı jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, həmin şəxslər beynəlxalq axtarışa verilib:

“Hesab edirəm ki, biz onları hər yerdə, harada olduqlarından asılı olmayaraq, daim təqib edəcəyik. Həmin şəxslərin gec-tez məsuliyyətə cəlb edilməsinə nail olacağıq. Mən buna inanıram”.