Hərbi hissəni özbaşına tərk edən əsgərin meyiti tapılıb

Hərbi
  • 10 oktyabr, 2015
  • 07:56
Hərbi hissəni özbaşına tərk edən əsgərin meyiti tapılıb

Bakı. 10 oktyabr. REPORT.AZ/ Hərbi hissəni özbaşına tərk edən əsgərin meyiti tapılıb. 

"Report" xəbər verir ki, məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.  

Nazirlikdən bildirilib ki, oktyabrın 6-da hərbi qulluqçu əsgər Əliyev Murad Əlizadə oğlu xidmət yerini özbaşına tərk edib. Həyata keçirilən axtarış tədbirləri nəticəsində oktyabrın 9-da axşam saatlarında əsgər M.Əliyevin meyiti aşkar edilib.

Hadisə ilə bağlı cinayət işi başlanıb. Hərbi Prokurorluq tərəfindən faktla əlaqədar araşdırma aparılır.

44 - Tezliklə