Azərbaycan MN: "Ermənistan silahlı qüvvələri zərbə PUA-ları tətbiq edir"

Hərbi
  • 12 may, 2023
  • 09:51
Azərbaycan MN: Ermənistan silahlı qüvvələri zərbə PUA-ları tətbiq edir

Mayın 12-si saat 11:30-da Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri Azərbaycan Ordusunun üzbəüz yerləşən mövqeləri istiqamətində zərbə PUA-ları tətbiq edib.

Bu barədə "Report"a Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

Ermənistan tərəfi növbəti dəfə təxribat törədərək vəziyyəti yenidən gərginləşdirir.

Ordumuzda şəxsi heyət və texnika sarıdan itki yoxdur.

44 - Tezliklə