DSX rəhbərliyi Azərbaycan-Ermənistan sərhədində atəşkəsin pozulması halları ilə bağlı açıqlama verib

Hərbi
  • 16 avqust, 2022
  • 08:02
DSX rəhbərliyi Azərbaycan-Ermənistan sərhədində atəşkəsin pozulması halları ilə bağlı açıqlama verib

“Mütəmadi olaraq Azərbaycan-Ermənistan dövlət sərhədində atəşkəs rejimin pozulması halları qeydə alınır. Belə faktlar mövcuddur”.

Report”un xəbərinə görə, bu fikirləri Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Abbas Xəlilov bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, hətta bir neçə halda Ermənistan Silahlı Qüvvələri tərəfindən terror-pozuculuq fəaliyyəti də qeydə alınıb: “Onun da qarşısı qətiyyətlə alınıb. Bölmələrimiz tərəfindən adekvat tədbirlər görülüb. DSX Ali Baş Komandanın hər bir tapşırığını yerinə yetirməyə hazırdır”.