Bakıda Azərbaycan və Belarus generalları arasında görüş keçirilib

Hərbi
  • 24 may, 2019
  • 12:01
Bakıda Azərbaycan və Belarus generalları arasında görüş keçirilib

Azərbaycan Müdafiə Nazirliyi ilə Belarus Müdafiə Nazirliyi arasında imzalanan 2019-cu il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Bakıda hər iki ölkənin hərbi inspeksiya üzrə ekspertləri səviyyəsində işçi görüşü keçirilib.

Bu barədə "Report"a Nazirlikdən məlumat verilib. 

Mayın 24-də Müdafiə Nazirliyi Baş Hərbi İnspeksiyasının rəisi, general-mayor Zakir Ağayev Bakıda səfərdə olan belaruslu həmkarı general-mayor İvan Boquslavskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Tərəflər hərbi inspeksiya sahəsində əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparıb, əlaqələrin daha da inkişaf etdirilməsi imkanlarını müzakirə ediblər.