Azərbaycanla Səudiyyə Ərəbistanı arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub
Hərbi
- 05 aprel, 2017
- 04:37
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 5 aprel. REPORT.AZ/ Səudiyyə Ərəbistanında rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Krallığın Vəliəhdinin varisi, Nazirlər Şurası sədrinin müavini, müdafiə naziri şahzadə Məhəmməd bin Salmanla görüşüb.
"Report" xəbər verir ki, görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki əməkdaşlıq, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Müdafiə naziri Səudiyyə Ərəbistanına səfəri çərçivəsində bu ölkədə fəaliyyət göstərən İslam Hərbi Koalisiyası Mərkəzində də olub.
Azərbaycan nümayəndə heyəti qlobal terrorizmə qarşı mübarizəni əlaqələndirən Mərkəzlə tanış olub və qurumun fəaliyyəti barədə ətraflı məlumatlandırılıb.
Son xəbərlər
07:20
Tayvan sahillərində iki zəlzələ baş verib
Digər ölkələr
06:57
Fransada yeni etiraz aksiyalarına görə təhlükəsizlik tədbirləri gücləndiriləcək
Digər ölkələr
06:05
İran ordusunun komandanı qoşunları ən yüksək döyüş hazırlığı səviyyəsini saxlamağa çağırıb
Region
05:58
Polşa ABŞ-nin nüvə çəkindirmə proqramına qoşulmaq niyyətindədir
Digər ölkələr
05:28
ABŞ-də məxfi məlumatları sevgilisinə ötürən MKİ-nin podratçısı saxlanılıb
Digər ölkələr
04:58
Venesuelada neft hasilatında son illərin ən yüksək göstəricisi qeydə alınıb
Digər ölkələr
04:30
Britaniyada yeniyetmə siyasətçini tənqid edən paylaşımlara görə saxlanılıb
Digər ölkələr
04:04
Ceydon Sançonun "Xetafe"yə mümkün keçidinin şərtləri bəlli olub
Digər ölkələr
03:53
Donald Tramp neft qiymətlərinin tezliklə aşağı düşəcəyini bildirib
Digər ölkələr