Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Hərbi
  • 27 mart, 2018
  • 14:14
Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Bakı. 27 mart. REPORT.AZ/ Bu gün müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycanda fəaliyyət müddəti başa çatan ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta ilə görüşüb.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri, regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.