Azərbaycanın müdafiə naziri Pekin Syanşan Forumunun açılış ziyafətində iştirak edib

Hərbi
  • 29 oktyabr, 2023
  • 13:06
Azərbaycanın müdafiə naziri Pekin Syanşan Forumunun açılış ziyafətində iştirak edib

Çin Xalq Respublikasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 10-cu Pekin Syanşan Forumunun açılış ziyafətində iştirak edib.

Bu barədə "Report"a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

Ziyafət çərçivəsində general-polkovnik Z.Həsənov Çin Xalq Respublikasının Mərkəzi Hərbi Şurasının sədr müavini general-polkovnik Can Yousia ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.