Azərbaycanın Müdafiə naziri Belarusa səfər edəcək
Hərbi
- 01 iyul, 2019
- 13:29
Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Belarusun Müdafiə naziri, general-leytenant Andrey Ravkovun dəvəti ilə iyulun 2-də Minsk şəhərinə yola düşəcək.
Müdafiə Nazirliyinin Mətuat xidmətindən "Report"a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Belarusun alman-faşist işğalçılarından azad olunmasının 75-ci ildönümü və Müstəqillik Gününə həsr olunan təntənəli tədbirlərdə iştirak edəcək.
Müdafiə nazirinin həmçinin bu ölkənin hərbi-siyasi rəhbərliyi ilə görüşləri və Azərbaycanın Milli Qəhrəmanı mayor Anatoli Davidoviçin ailə üzvlərini ziyarət etməsi nəzərdə tutulub.
Qeyd edək ki, iyulun 3-də Minsk şəhərində keçiriləcək hərbi paradda Azərbaycan Ordusunun hərbi qulluqçuları da iştirak edəcək.
Son xəbərlər
02:06
"Axios": ABŞ Venesuela ilə irimiqyaslı neft sazişi bağlamağa yaxındır
Digər ölkələr01:48
Foto
Şimali Makedoniya-Serbiya qaz interkonnetorunun tikintisi üzrə müqavilə imzalanıb
Digər ölkələr01:13
Türkiyədə 41 qanunsuz miqrant saxlanılıb
Region00:56
Rezai: Hörmüzün blokadası ABŞ-İran toqquşmalarına səbəb ola bilər
Region00:20
Foto
Gürcüstanın Bağdati bələdiyyəsində güclü yağış bir sıra fəsadlar yaradıb
Region00:06
Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq
Energetika23:51
Cevdet Yılmaz: "Terrorsuz Türkiyə" investisiya mühitinin qarşısındakı maneələri aradan qaldıracaq
Region23:44
Con van den Brom: "Qarabağ"ı çox yaxşı təhlil etmişdik"
Futbol23:30