Azərbaycanın müdafiə naziri Anıtqəbiri ziyarət edib

Hərbi
  • 28 mart, 2018
  • 14:53
Azərbaycanın müdafiə naziri Anıtqəbiri ziyarət edib

Bakı. 28 mart. REPORT.AZ/ Ankarada rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov martın 28-də Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib. 

Nazirlikdən "Report"a verilən məlumata görə, Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti məzar önünə əklil qoyub, xatirəsini ehtiramla yad edib.

Müdafiə naziri Xatirə kitabına ürək sözlərini yazıb.