Zakir Həsənov antiterror tədbirləri barədə türkiyəli həmkarını məlumatlandırıb

Hərbi
  • 19 sentyabr, 2023
  • 11:01
Zakir Həsənov antiterror tədbirləri barədə türkiyəli həmkarını məlumatlandırıb

Sentyabrın 19-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

General-polkovnik Z.Həsənov Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri barədə həmkarını məlumatlandırıb.

Y.Güler Türkiyənin hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanında olduğunu bildirib.

44 - Tezliklə