Azərbaycan və İtaliya hərbi mütəxəssisləri arasında ekspert görüşü keçirilib
Hərbi
- 20 noyabr, 2025
- 11:50
Azərbaycan və İtaliya hərbi mütəxəssisləri "Dağlıq ərazidə köməksiz qalmış şəxslərin axtarış və xilasedilməsi üzrə" ekspert görüşü keçirib.
Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş "Azərbaycan Müdafiə Nazirliyi ilə İtaliyanın Baş Qərargahı arasında 2025-ci il üçün imzalanmış ikitərəfli əməkdaşlıq Planı"na əsasən baş tutub.
İtaliyanın Çerviya şəhərində yerləşən 15-ci Stormo axtarış və xilasetmə bazasında keçirilən görüşdə bazanın rəhbər heyəti və Azərbaycan Hərbi Hava Qüvvələrinin paraşüt-desant və axtarış xilasetmə üzrə hərbi qulluqçuları iştirak ediblər.
Görüş zamanı iki ölkənin mütəxəssisləri arasında təcrübə mübadiləsi və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Son xəbərlər
13:57
Azərbaycan güləşçisi VI İslam Həmrəyliyi Oyunlarının finalına çıxıb
Fərdi13:54
Elxan Abdullayev: "Avropa çempionatının seçmə mərhələsində qrupdan çıxa bilməməyimizin səbəbləri var"
Futbol13:50
Vüqar Qurbanov: Bölgələrdə bəzi tibb müəssisələrində stomatoloq ştatının ləğvi ilə bağlı xəbərdarlıq edilib
Sağlamlıq13:46
Foto
Növbəti köç karvanı Hadruta çatıb - YENİLƏNİB
Daxili siyasət13:46
Azərbaycan WUF13-ə ev sahibliyi edərək beynəlxalq siyasətlərin formalaşmasında müzakirələrə töhfə verəcək - RƏY
Xarici siyasət13:45
Azərbaycanın I Liqa təmsilçisi heyətini iki futbolçu ilə gücləndirib
Futbol13:40
Gələn ilin əvvəlində Yeni Klinikada onlayn növbə sistemi tam tətbiq olunacaq
Sağlamlıq13:36
Gələn ildən sümük iliyi köçürülməsində xarici donorlardan istifadə ediləcək
Sağlamlıq13:32