​Azərbaycan və ABŞ bölgədəki hərbi-siyasi vəziyyəti müzakirə edib

Hərbi
  • 07 noyabr, 2015
  • 14:59
​Azərbaycan və ABŞ bölgədəki hərbi-siyasi vəziyyəti müzakirə edib

Bakı. 7 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ABŞ Hərbi Dəniz Qüvvələrinin katibi Reymond Maybusun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

“Report” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, görüşdə bölgədəki hərbi-siyasi vəziyyət, beynəlxalq sülhməramlı missiyalarda uğurlu əməkdaşlıq müzakirə olunub.

Görüşdə eləcə də hərbi təhsil, treninq və qarşılıqlı təcrübə mübadiləsi sahəsində məsələlərə toxunulub.