Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Belçikaya səfər edib
- 19 may, 2015
- 13:17
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 19 may. REPORT.AZ/ Azərbaycanın müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Belçika Krallığına səfər edib. Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.
Səfərin məqsədi NATO-nun Brüsseldəki mənzil-qərargahında Şimali Atlantika Alyansının Hərbi Komitəsinin "Tərəfdaşlığın uyarlılıq təşəbbüsü" və "Qətiyyətli dəstək" missiyalarına töhfə verən qeyri-NATO ölkələri ilə Baş Qərargah rəisləri səviyyəsində mayın 20-də keçiriləcək görüşlərdə iştirak etməkdir.
Mayın 21-dək davam edəcək görüşlərdə hərbi əməkdaşlıq, Əfqanıstandakı vəziyyət, əməliyyat şəraitindəki dəyişikliklər və onların Əfqan Milli Təhlükəsizlik Qüvvələrinə təsiri və digər məsələlər müzakirə olunacaq.