Azərbaycan Ordusunun tədris müəssisələrində yeni fənn tədris proqramına əlavə edilib

Hərbi
  • 26 iyun, 2022
  • 19:20
Azərbaycan Ordusunun tədris müəssisələrində yeni fənn tədris proqramına əlavə edilib

Azərbaycan Ordusunun tədris müəssisələrində yeni fənn tədris proqramına əlavə edilib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə AZƏRTAC-a müsahibəsində deyib.

Azərbaycan-NATO Birgə Təlim və Tədris Fəaliyyət Planına müvafiq olaraq, Azərbaycan Ordusunun tədris müəssisələrində “Müdafiə strategiyası və planlaşdırılması” adlı yeni fənn tədris proqramına əlavə edilib.

Azərbaycan Ordusunun tələbatını nəzərə alaraq, Azərbaycan-NATO əlaqələrinə və ikitərəfli əməkdaşlığa əsasən, digər dövlətlərin hərbi təhsil müəssisələrində müxtəlif ixtisaslar üzrə kifayət qədər gənclərimiz təhsil alırlar.