Zakir Həsənov türkiyəli həmkarı ilə əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib
Hərbi
- 28 may, 2025
- 17:58
Müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 28-də Azərbaycanda işgüzar səfərdə olan Türkiyənin milli müdafiə naziri Yaşar Güler ilə görüşüb.
Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı Azərbaycan və Türkiyə respublikaları arasında qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın bundan sonra da uğurla inkişaf etdiriləcəyinə əminlik ifadə olunub. Ölkələr arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu qeyd edilib.
Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, həmçinin bu istiqamətdə görülən işlərin daha da genişləndirilməsinin vacibliyi bildirilib.
Son xəbərlər
12:44
Qırğızıstanda dağ zirvəsinə "ŞƏT Zirvəsi" adı verillib
Digər ölkələr12:43
13 il əvvəl qəsdən adam öldürmə cinayətinin təşkilində təqsirləndirilən şəxsin məhkəməsi başlayır
Hadisə12:40
Bu gündən Azərbaycanda balıq ovu mövsümü açıq elan olunur
ASK12:40
Qırğızıstan Prezidenti: BMT və Təhlükəsizlik Şurasında islahatların aparılmasını dəstəkləyirik
Digər ölkələr12:38
Japarov: "ŞƏT plyus" ölkələri çoxtərəfliliyin təşviqinə sanballı töhfə verə bilər
Digər ölkələr12:36
Nazir müavini: "Həm yerli, həm də idxal toxumunun keyfiyyətli olması prioritetdir"
ASK12:36
Nepal və Tibetdə ölənlərin sayı 1000 nəfəri ötüb
Digər ölkələr12:36
Azərbaycan Premyer Liqası: VII turun oyun cədvəli açıqlanıb
Futbol12:34