Azərbaycan hərbçiləri partlayıcı maddələrin zərərsizləşdirilməsi üzrə kurs keçəcəklər

Hərbi
  • 04 aprel, 2015
  • 04:29
Azərbaycan hərbçiləri partlayıcı maddələrin zərərsizləşdirilməsi üzrə kurs keçəcəklər

Bakı. 4 aprel. REPORT.AZ/ Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri aprelin 6-dan iyulun 17-dək Rumıniyanın Rımniku-Vılça şəhərində partlayıcı maddələrin zərərsizləşdirilməsi üzrə təməl kursunda iştirak edəcəklər. "Report" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.

Həmçinin Silahlı Qüvvələrinin nümayəndələri aprelin 6-da Bakı şəhərində sağlamlıq sahəsində təlim və əməkdaşlıq konfransında, aprelin 6-dan 8-dək İstanbul şəhərində hidroqrafiya və okeanoqrafiya mövzusunda əməkdaşlıq iclasında, aprelin 6-dan 17-dək Pakistanın Kəraçi şəhərində kiçik zabitlər üçün taktika kursunda iştirak edəcək, Nyuport şəhərində (ABŞ) "Kölqə fakültə" təşəbbüsü çərçivəsində təcrübə mübadiləsi keçirəcəklər.

44 - Tezliklə