​Azərbaycan hərbçiləri Rumıniyada “Saber guardian” təlimlərində iştirak edəcək

Hərbi
  • 26 iyul, 2016
  • 19:27
​Azərbaycan hərbçiləri Rumıniyada “Saber guardian” təlimlərində iştirak edəcək

Buxarest. 26 iyul. REPORT.AZ/ İyulun 27-dən avqustun 7-dək Rumıniyanın Braşov şəhərində “Saber guardian - 16” çoxmillətli hərbi təlimlər keçiriləcək.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, təlimlərə ABŞ, Kanada, Polşa, Rumıniya və Bolqarıstanla yanaşı “Sülh naminə tərəfdaşlıq” proqramının üzvləri olan Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna və Moldova hərbçiləri də qatılacaq.

İyulun 27-də baş tutacaq açılış mərasimində Rumıniyanın müdafiə naziri Mihnya Motok da iştirak edəcək.

Ümumilikdə təlimlərə 2 min 700-dən çox hərbçi cəlb olunub.

44 - Tezliklə