Azərbaycan hərbçiləri Moskvada keçiriləcək paradda iştirak edəcək

Hərbi
  • 25 aprel, 2015
  • 12:55
Azərbaycan hərbçiləri Moskvada keçiriləcək paradda iştirak edəcək

Bakı. 25 aprel. REPORT.AZ/ Böyük Vətən müharibəsində qələbənin 70 illiyinə həsr olunmuş təntənəli parada hazırlıq və iştirak məqsədilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularından ibarət bölmə aprelin 25-də Moskva şəhərinə yola salınıb.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.