Azərbaycan və BƏƏ Müdafiə nazirlikləri arasında əməkdaşlığa dair "Yol Xəritəsi" imzalanıb

Hərbi
  • 28 oktyabr, 2026
  • 16:10
Azərbaycan və BƏƏ Müdafiə nazirlikləri arasında əməkdaşlığa dair Yol Xəritəsi imzalanıb

Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Müdafiə nazirlikləri arasında Birgə Hərbi Əməkdaşlıq Komitəsinin ikinci iclası keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iclas çərçivəsində Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Elçin Abdullayev Birləşmiş Ərəb Əmirlikləri Müdafiə Nazirliyinin Beynəlxalq İşlər Direktorluğunun direktoru briqada generalı Jamal Ebrahim Mohamed Almarzooqinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Tədbirdə ordularımız arasında qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti qeyd edilib, hərbi əməkdaşlığın cari vəziyyəti və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Yekunda Azərbaycan və BƏƏ Müdafiə nazirlikləri arasında Birgə Hərbi Əməkdaşlıq Komitəsinin ikinci iclasının Protokolu və 2027-2029-cu illər üçün əməkdaşlığa dair "Yol Xəritəsi" imzalanıb.

44 filmi